Cəfər Cəfərov: "ADPU-nun yeni imici formalaşdırılmalıdır"

Cəfər Cəfərov: "ADPU-nun yeni imici formalaşdırılmalıdır"


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-2026-cı illəri əhatə edəcək Strateji İnkişaf Planı hazırlanacaq.

APA-nın xəbərinə görə, ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şurada bildirib ki, hazırda universitetdə şəffaf və obyektiv təhsil mühitinin yaradılması, yeniliyin və müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq rəqabətəqabiliyyətli mütəxəssislərin hazırlanması əsas vəzifələrdir. Onun sözlərinə görə, əmək bazarının tələbləri öyrənilməli və bu tələblərə cavab verə biləcək pedaqoji kadrların hazırlanması istiqamətində səmərəli və məqsədyönlü iş aparılmalıdır: “Kafedralar, elmi-tədqiqat laboratoriyaları fəaliyyətlərini genişləndirməli, yüksək elmi nəticələrə nail olmalıdırlar. ADPU-da mütəmadi olaraq respublika və beynəlxalq miqyaslı konfranslar, simpoziumlar, seminarlar, treninqlər, olimpiadalar, təhsil karyera sərgiləri keçirilməli, universitetin orta təhsil müəssisələri ilə əlaqələri genişləndirməlidir. Eyni zamanda, ADPU öz məzunları ilə sıx əlaqə saxlamalı, onları universitetin ümumi inkişaf prosesinə cəlb etməlidir".

Rektor onu da deyib ki, təhsilin idarə edilməsində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından maksimum istifadə edilməli, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı genişləndirilməli, universitetin yeni imici formalaşdırılmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2314 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...