Çovdarovun şikayəti təmin olunmadı

Çovdarovun şikayəti təmin olunmadı


Bakı Apellyasiya Məhkəməsində cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu kimi cinayətlərdə ittiham olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun apellyasiya şikayətinə baxılıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, iyunun 28-də Səbail rayon Məhkəməsi A.Çovdarovun və digərlərinin həbs müddətinin 4 ay artırılması barədə qərarı qəbul edib. Şikayət həmin qərardan verilib. A.Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.

Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
962 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...