"Təzə Bazar" rusiyalı milyarderə satıldı

"Təzə Bazar" rusiyalı milyarderə satıldı
Vergilər Nazirliyinin nəşrində yerləşdirilən elanda qeyd olunur ki, Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “Təzə bazar” MMC ləğv edilib.

“Təzə Bazar”MMC-nin ləğvinin səbəbləri barədə suala cavab olaraq MMC-dən Cebhe.info-ya bildirilib ki, bazar fəaliyyətini davam etdirir: “Sadəcə olaraq MMC-nin adı və mülkiyyətçisi dəyişdirilib. Hazırda bazar yeni adla fəaliyyət göstərir”.

Ancaq MMC nümayəndəsi bazarın yeni adını açıqlamaqdan imtina edib.

İnternetdə yayılan məlumatlarda isə qeyd olunur ki, “Təzə bazar”ın mülkiyyətçisi Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı milyarder Qod Nisanova satılıb. Qod Nisanov Rusiyanın daşınmaz əmlak kralıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
673 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...