Metronun "Sahil" stansiyası bağlanır

Metronun "Sahil" stansiyası bağlanır

Bakı metropoliteninin "Sahil” stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq.

"Qaynarinfo" xəbər verir ki, bu barədə jurnalist və aparıcı Cavid Osmanov sosial şəbəkədə məlumat yazıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baku.ws-ə məlumatı təsdiqləyərək, "Sahil” metro stansiyasının təmir olunacağını deyib.

Onun sözlərinə görə, bu ayın axırı metro stansiyada təmirə başlanacaq. N.Paşayev təmirin hansı müddəti əhatə edəcəyi barədə hələlik məlumat verməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
819 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...