TANAP-la bağlı aparılan tikinti ərazisində qədim Romaya aid qəbirlər tapıldı – İş dayandırıldı

TANAP-la bağlı aparılan tikinti ərazisində qədim Romaya aid qəbirlər tapıldı –

Türkiyədə TANAP layihəsinin inşası zamanı qədim dövrlərə aid məzarlar tapılıb. “Anadolu” agentliyi xəbər verir ki, hadisə Kütahyanın Domaniç kəndinin ərazisində baş verib. Belə ki, tikinti zamanı aparılan qazıntı işləri çərçivəsində qədim Roma dövrünə aid məzarlar üzə çıxıb.

Tapıntılar Kütahya muzeyinə təhvil verilib. TANAP rəsmiləri qazıntı işlərinin dayandırılması barədə qərar qəbul edib. Əvəzində arxeoloqlar qazıntılara başlayıblar.

Kütahya muzeyinin rəhbəri Metin Türktüzün bildirib ki, TANAP layihəsinin tikintisi çərçivəsində işlər olduqca ehtiyatlı şəkildə aparılır: “İndiyədək bu bölgədə bir çox bu cür tapıntılar üzə çıxıb. Arxeoloji qazıntılara rast gəlmə ehtimalı yüksək olduğuna görə, TANAP-ın tikintisi ehtiyatla aparılır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
799 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...