“Özünüzə hörmət edin” - Nazpəri

“Özünüzə hörmət edin” -

"Biri öz haqqında danışır, düşünmür xalqın xətrinə dəyir. Özünə hörmətsizlik edən müğənni var. Bu da onun öz günahıdır, xalqın yox"

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva "ATV maqazin onlarla" verilişində deyib.
Müğənni həmkarlarının toylarda döyülməsi söhbətlərinə münasibət bildirib:"Kim olursan ol, özünüzə hörmət etməyi bacarın. Mən ifaçıların toyda döyülməyinə inanmrıam. Söz çəp gələ bilər, amma döyülmək yox. Xalqımız sənətkarın qədrini bilir".

Dostəliyeva sosial şəbəkədə izləyici sayını süni artıranlardan danışıb: "Beləsinə rast gəlmişəm, nə olsun? Bu izləyicilərin 4 milyon olmasının səbəbi bəllidir. Belə şeylərlə məşğul olmuram. Yalan məni maraqlandırmır. Bir kitabı açım, onun içində oxuduğum bir səhifədə yalan görsəm, atacam kənara. Şişirdilmiş təriflər, xoşagəlməz hadisələr olan yerdən uzağam".

Müğənni çəkiliş zamanı kapriz göstərən sənət adamlarını qınayıb: "Heç vaxtd emirəm ki, məni sağdan çək, ya da soldan. Belə kaprizim yoxdur. Bizi Allah belə yaradıb. Bu gün kameranın arxasında gizlədirsən, sabah nə edəcəksən? Gizlədiləsi heç nə yoxdur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...