Azərbaycanda seysmik aktiv zonaların adları açıqlanıb

Azərbaycanda seysmik aktiv zonaların adları açıqlanıb

Bu il ərzində Azərbaycanda seysmik baxımından aktiv olan zonaların adları açıqlanıb. APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, 2017-ci ildə seysmik aktiv ərazilər Şamaxı-İsmayıllı, Talış dağları ərazisi və Xəzər dənizi ərazisi olub.

Q.Yetirmişli qeyd edib ki, bu il yanvarın 1-dən oktyabrın 22-dək Azərbaycan və ona bitişik ərazilərdə 5051 zəlzələ baş verib. Onun sözlərinə görə, ötən müddət ərzində yalnız Azərbaycan ərazisində 3107 təkan qeydə alınıb ki, onlardan da 22-si hiss edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...