Azərbaycan avtomobil idxalını 86% artırıb

Azərbaycan avtomobil idxalını 86% artırıb
2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumilikdə 8 102 ədəd avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 3753 ədəd avtomobil və ya 86,29% artıb.

Ölkəyə gətirilən avtomobillərin 148 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 7 098 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 795 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 61 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...