Azərbaycanın bank sistemində durğunluq gözlənilir

Azərbaycanın bank sistemində durğunluq gözlənilir

Azərbaycanın bank sistemi mənfi ssenari ilə inkişaf edəcək. Bu barədə "Moody’s İnvestors Service" agentiliyi bidlirir. Səbəb ölkənin neftdən asılılığı, fevral devalvasiyasının aktivlər, kapital və rentabelliliyə təsiridir.
"Keçən il ÜDM-in 37%-i karbohidrogen satışının payına düşüb. Bu il ÜDM artımı 1%, gələn il 1,7% olacaq. İqtisadi artımın azalması dövlət xərcləri təşəbbüsləri, xarici valyuta ilə ehtiyatlarla (70%) kompensasiya edilə bilər” - deyə agentlik bildirir.

"Moody’s" devalvasiya ilə bağlı bank aktivlərinin keyfiyyətinin pisləşməsini gözləyir. Yüksək inflyasiya, əhalinin alıcılıq abiliyyətinin az olması problemli kreditlərin 15%-dək artmasına səbəb olacaq. 2014-cü ildə bu göstərici 11,4% olub.
Agentliyin qənaətinə görə, valyuta aktivlərinə yenidən qiymət verilməsi bankların mənfəətinə və kapitallaşmasına təsir edəcək. Orta kredit xərcləri 3% olacaq. Devalvasiya manata etibarı azaldıb, nəticədə valyuta aktivləri ilə bankların öhdəlikləri arasında fərq artıb ("Turan").



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1092 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...