Azərbaycanda "Sülh aylığı" keçiriləcək

Azərbaycanda "Sülh aylığı" keçiriləcək


Bu il avqustun 21-dən sentyabrın 21-dək Azərbaycanda “Sülh aylığı” keçiriləcək.

Ombudsman Aparatının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, avqustun 21-dən sentyabrın 21-dək Azərbaycanda “Sülh aylığı” keçirilir.

E.Süleymanova “Sülh aylığı” keçirilməsi ilə bağlı dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna müraciət edib. Hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı kimi, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur.

Aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1045 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...