Borçalıda azərbaycanlıların yaşadığı kənddə insident - iki polis yaralanıb, bir soydaşımız saxlanılıb

Borçalıda azərbaycanlıların yaşadığı kənddə insident -


Tiflis yaxınlığında yerləşən və azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində insident baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dünən baş vermiş insidentlə bağlı bir azərbaycanlı saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, DİN-in baş idarəsinin əməkdaşlarına soyuq silahla hücum edilib və nəticədə iki polis yaralanıb. Poniçala (Soğanlıq) kəndində "Toyota" avtomobilin sürücüsü polis əməkdaşlarını soyuq silahla yaraladıqdan sonra maşına minib və hadisə yerindən qaçıb.

Avtomobildə olan sərnişin, 1995-ci il təvəllüdlü Namiq adlı şəxs də polisə müqavimət göstərib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı həmin şəxsin üzərindən 26 paket narkotik vasitə aşkarlanıb və ekspertizaya göndərilib. Poniçala (Soğanlıq) kəndində baş verən insidentlə bağlı Gürcüstan CM-nin 260-cı və 353-cü maddələrinə (narkotik saxlanması və polisə qarşı müqavimət) əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1008 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...