Müsəlman Sahibkarlar Assosiasiyasının rəhbəri Bakıya gəldi

Müsəlman Sahibkarlar Assosiasiyasının rəhbəri Bakıya gəldi


RF Müsəlman Sahibkarlar Assosiasiyasının (MSA) rəhbəri Marat Kabayev ötən həftə Bakıda tatar diasporunun nümayəndələri ilə görüşüb.

inCity.az bildirib ki, Əjdər bəy məscidində görüş olub. M.Kabayev (gimnast Alina Kabayevanın atası) cümə ibadətində iştirak edib. Görüş AZAL futbol klubunun məşqçisi Tərlan Əhmədovun dəvətilə baş tutub. Görüşdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinc müavini müfti Salman Musayev, “Tatarıstan” İctimai Birliyinin rəhbəri Abbas Minyaşev və birliyin digər üzvləri iştirak ediblər. M.Kabayev toplaşanları salamlayaraq tatar məscidi kimi tanınan bu məsciddə tatar diasporunun nümayəndələrini görməyə şad olduğunu bildirib.

O həmçinin AF SMA-nın onları dəstəkləməyə və ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə hazır olduğunu bildirib. “Tatarıstan” Birliyinin sədr müavini Emin Ramazanov islam sahibkarlığının inkişafında və investisiyaların cəlb edilməsində müsəlman iş adamlarının oynayacağı mühüm rolu qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1019 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...