Cavid Qurbanovun qardaşı oğlu qəzaya düşdü – “Range Rover” partladı

Cavid Qurbanovun qardaşı oğlu qəzaya düşdü –


Bu gün səhər saatlarında Qubada dəhşətli qəza baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə avqustun 18-də səhər saat 5 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qardaşı, Abşeron Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirlinin oğlu “Range Rover” markalı avtomobillə hərəkətdə olarkən yolun sağında dayanan “VAZ – 2107” markalı avtomobilə çırpılıb. Daha sonra polis rəisinin oğlu sənədlərini götürmək üçün maşınına yaxınlaşıb. Həmin anda “Range Rover” qəflətən yanmağa başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, Ş. Şəmşirlinin oğlu son anda ölümdən xilas olub. Belə ki, o, maşından uzaqlaşmamış avtomobil partlayıb.

Qeyd edək ki, “VAZ – 2107” markalı maşında heç kim olmayıb. İlkin ehtimala görə, qəzaya “Range Rover”in yüksək sürətlə hərəkət etməsi səbəb olub. Hadisə ilə bağlı video görüntü hazırlanır, bir qədər sonra oxuculara təqdim edəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1684 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...