“Yaqland jurnalistin ölümü ilə bağlı bəyanatında saxtalaşdırmaya yol verib”

“Yaqland jurnalistin ölümü ilə bağlı bəyanatında saxtalaşdırmaya yol verib”


“Qəbələ” futbol klubunun sabiq kapitani Cavid Hüseynovun vəkili Adəm Məmmədov Avropa Şurasının baş katibi Turbyörn Yaqlandı saxtakarlıqda ittiham edib. “Report”un xəbərinə görə, A.Məmmədov bildirib ki, Yaqland jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanatında açq-aşkar saxtalaşdırmaya yol verib: “Cənab Yaqland dünya ictimaiyyətini məqsədli şəkildə aldadıb.

Belə ki, o, həmin bəyənatında mərhum jurnalist Rasim Əliyevi “Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu”nun (RATİ) direktoru kimi təqdim edib, bəyanatının sonunda xüsusi qeydlə bildirib ki, həmin institut, jurnalistlərin və KİV əməkdaşlarının hüquqlarını müdafiə edən bir QHT-dir. Bununla da məqsədli şəkildə faciəni siyasiləşdirərək, bütün dünya mətbuatının diqqətini bu hadisəyə yönəldib və müdafiə etdiyim şəxsin hüquqi vəziyyətini əhəmiyyətli dərəcədə ağırlaşdırıb.

Rəsmi bəyan edirəm ki, Yaqlandın adını çəkdiyi təşkilatın direktoru hazırda İsveçdə yaşayan Emin Hüseynov adlı bir şəxsdir və mərhum Rasim Əliyevin bu təşkilatla heç bir əlaqəsi olmayıb. Yaqland bu saxtalaşdırması ilə Azərbaycanın hüquq-mühafizə orqanlarını da çaşdırmağa cəhd edib”.

A.Məmmədov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bu yalan faktı ətraflı araşdırmağı və Avropa Şurasına bununla bağlı müvafiq nota göndərilməsini xahiş edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1278 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...