Hansı azərbaycanlı müğənnini diri-diri basdırıblar?

Hansı azərbaycanlı müğənnini diri-diri basdırıblar?


Azərbaycanda iki məşhur xanım müğənninn uzun illər davam edən savaşında şok məqamlar yaşanıb

Gunxeber.com-a bu barədə daxil olan məlumat heyrətamizdir.


Ölkədə bir sıra məşhur şəxslərin, xüsusən də şou-biznes əhlinin bir qisminin zaman-zaman baxıcılara, falçı və cadugərlərə üz tutmaları haqda indiyədək çox yazılıb. Elə bizim əldə etdiyimiz məlumatdakı heyrətamiz məqamlar da bununla bağlıdır. Söhbət ondan gedir ki, başqa bir müğənni ilə münasibətləri savaş halında olan bir xanım müğənni birdən-biri ciddi problemlər yaşamağa başlayıb. Onun səhhətində ciddi problemlər yaranıb, işləri düz getməyib, hətta az qala yataq xəstəsinə çevrilib.

Dərdinə çarə axataran müğənni isə dərmanını məşhur bir cadugərdə tapıb. Həmin müğənnini inandırıblar ki, ona qarşı elə bir ağır cadu edilib ki, bu hətta onun ölümü ilə nəticələnə bilər. Uzun götür-qoydan sonra çıxış yolu kimi müğənniyə bildirilib ki, əgər düşdüyü bəladan qurtulmaq istəyirsə, mütləq bir qəbiristanlıqda onu müvvəqqəti basdırmalıdırlar. Çar-naçar qalan müğənni bununla razılaşıb və gecəykən onu qəbiristanlıqların birində qazılan boş qəbirdə bir neçə dəqiqəlik basdırıblar.

Müğənni bu əməliyyatdan çox qorxsa da, “dəfn edilmək” sonradan onun işinə yarayıb. Məlumatda bildirilir ki, bundan sonra həmin müğənninin səhhəti düzəlib və işləri yoluna düşüb. Müğənni is hələ də yaxın ətrafına bu hadisənin şokunda olmasından danışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1321 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...