İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

Bu gün Binəqədi Rayon Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Ölkə.Az"ın xəbərinə görə, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Nadirova şərti cəza verilib və o, məhkəmə zalında azadlığa buraxılıb.

Həmçinin məhkəmə O.Nadirovun 1000 manat məbləğində cərimə olunması barədə qərar çıxarıb.

Qeyd edək ki, ittiham aktına əsasən, O.Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib. O, bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan 11 min 960 manat pul alıb. Lakin O.Nadirov verdiyi vədə əməl etməyib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, O.Nadirov bu iş üzrə məhkəməyə gəlmədiyi üçün Binəqədi Rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarıb. Oktyabrın 5-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...