""Şah bağı" barədə müraciətə baxıldı, müəyyən olundu ki..." Gəncənin İcra Hakimiyyəti

""Şah bağı" barədə müraciətə baxıldı, müəyyən olundu ki..."

Gəncə şəhəri, Nizami prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində yerləşən parkdakı ağacların “Şah Sarayı” şadlıq evinin sahibi tərəfindən kəsilərək yerində ticarət obyektinin tikintisi ilə bağlı həmin ərazidə yaşayan sakinlərin müraciətinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında baxılıb.

Bu barədə virtualaz.org-a Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib. Araşdırma zamanı məlum olub ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən 2013-cü ilin fevral ayında verilən çıxarışa əsasən Gəncəçay çayının sol sahilində, Gəncə şəhəri, Nizami rayonu, V.Xuluflu küçəsi 131 ünvanındakı 912 kv.metr torpaq sahəsində yerləşən əmlak kompleksi (“Şah Sarayı” şadlıq evi) Əliyeva Rəna Əmir qızı və Əliyeva Gülnur Sadıx qızının paylı mülkiyyətindədir.

""Şah bağı" barədə müraciətə baxıldı, müəyyən olundu ki..."
""Şah bağı" barədə müraciətə baxıldı, müəyyən olundu ki..."


Gəncə Şəhər Nizami Rayon İcra Haklimiyyəti başçısının bu ilin aprel ayında imzaladığı 218 nömrəli sərəncamı ilə “Şah Sarayı” şadlıq evinin qarşısında yerləşən 1930,0 kv.metr torpaq sahəsində Əliyev Akif Elfaq oğlu tərəfindən iaşə obyektinin yerləşdirilməsinə icazə verilib.

“Ərazidə tikinti işləri aparılan zaman ətraf mühitin mühafizəsi tələblərinə riayət olunması üçün 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində baxış keçirilib. Bu il iyunun 14-də keçirilən baxış zamanı ərazidə müxtəlif növ cinsdən 70 ağac olması müəyyən olunub, ərazidəki ağacların toxunulmaz saxlanılması üçün tikinti aparan şəxsə iyul ayının 20-də məcburi göstəriş verilib. Lakin tikinti işləri aparılarkən ağacların bir qisminin gövdə hissəsinin zədələnmə faktı aşkar edildiyindən iyulun 28-də 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib, inzibati tənbeh haqqında qərar verilib və tikinti aparan şəxs 600 manat məbləğində cərimə edilib”.

""Şah bağı" barədə müraciətə baxıldı, müəyyən olundu ki..."


İcra hakimiyyətindən həmçinin bildirilib ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 24.10.2018-ci il tarixli 508 nömrəli sərəncamı ilə yuxarıda qeyd edilən sərəncam ləğv edilib: “Əliyev Akif Elfaq oğlu Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı 24.10.2018-ci il tarixli 508 nömrəli Sərəncamının ləğv edilməsi tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib, məhkəmənin 27.11.2018-ci il tarixli qərardadı ilə A.Əliyevin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilərək, iş mahiyyəti üzrə baxılıb qurtaranadək V.Xuluflu küçəsindəki “Şah Sarayı” şadlıq evinin qarşısında yerləşən 1930,0 kv.metr torpaq sahəsində yerləşən iaşə obyektinin tikilmiş hissəsinin sökülməsi ilə bağlı işlərin,sökülmə tələbinin Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən dayandırılması qərara alınıb”.

Məlumatda həmçinin qeyd edilib ki, parkda hər hansı ağacın kəsilməsi faktı aşkar edilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...