Deputatların məzuniyyəti başa çatıb

Deputatların məzuniyyəti başa çatıb


Azərbaycan Milli Məclisinin deputatlarının məzuniyyəti başa çatıb. "Report" xəbər verir ki, MM-in Daxili Nizamnaməsinə əsasən, iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb.

"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib. Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alıb.

Milli Məclisin payız sessiyası işinə sentyabrın 30-da başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1148 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...