Vergilər Nazirliyi “Keşlə”də yoxlama aparır

Vergilər Nazirliyi “Keşlə”də yoxlama aparır

Çempionatda bərbad mövsüm keçirən “Keşlə”də daxili vəziyyət də ürəkaçan deyil. “Qafqazinfo”nun məlumatına görə, klubun maddi problemləri mövcuddur.

Məhz bu səbəbdən transferlərdə daha az ödənişli futbolçulara üstünlük verilib. Lakin problemlər bununla bitmir.

Əldə etdiyimiz digər məlumata görə, Vergilər Nazirliyi də klubun apardığı maliyyə əməliyyatlarını yoxlayır, klub rəhbərliyindən xərclənən pulların hesabatları soruşulur.

Bundan başqa, transferlərə gedən pulların da hamısının hesabatları tələb edilir. Hazırda nazirliyin yoxlamaları davam edir.

Qeyd edək ki, klubun Müşahidə Şurasının sədri Zaur Axundovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...