Səhiyyə Nazirliyində yeni Aparat rəhbəri - TƏYİNAT

Səhiyyə Nazirliyində yeni Aparat rəhbəri -

Səhiyyə naziri Oqtay Şirəliyev yeni aparat rəhbəri təyin edib. Gundeminfo.az Unikal.org-a istinadən xəbər verir ki, Oqtay Şirəliyevin müvafiq əmri ilə, Nadir Zeynalov Səhiyyə Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyinat alıb.

Nadir Azər oğlu Zeynalov 24.10.1976-cı ildə Bakıda anadan olub. O bu vəzifəyə kimi, Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gün öncə Səhiyyə Nazirliyi Aparatının keçmiş rəhbəri Zəkiyyə Mustafayeva işdən çıxaraq, Qida Təhlükəsizliyi Agentliyində aparat rəhbəri təyin olunmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...