Bu xəstəxananın 14 min qaz borcu var - “Azəriqaz” məhkəməyə verdi

Bu xəstəxananın 14 min qaz borcu var -

“Azəriqaz” İstehsalat Birliyi Ağsu Rayon Mərkəzi Xəstəxanasına qarşı məhkəmə iddiası qaldırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qurum səhiyyə ocağından təbii qazdan istifadəyə görə yaranmış 14 min 156,52 manat əsas borc, 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 14 min 186,92 manat borcun tutularaq ödənilməsini tələb edib.

Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rüfət Məcidov müraciətə baxaraq tələb üzrə məhkəmə əmrinin verilməsindən imtina qərarı çıxarıb. Qərardadda qeyd olunub ki, tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Lakin Mülki Prosessual Məcəlləyə görə, məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna təşkil edir. Buna görə də hər iki qurum borc məsələsini öz aralarında həll etməlidirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...