Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ilkin vəsait ayrıldı

Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ilkin vəsait ayrıldı


“Şəkidə 7 bal gücündə zəlzələ baş verən qəsəbədə 90-a yaxın ailə yaşayır, 90 ev var. Qəsəbə bələdiyyəsinin, icra nümayəndəsinin də yerləşdiyi uşaq bağçası və 4 ev uçub, digər evlərdə də böyük çatlar yaranıb”

Bunu baş nazirin müavini Abid Şərifov deyib. A. Şərifovun sözlərinə görə, Şəkinin digər kəndlərində də evlərdə çatlar əmələ gəlib, Şəkinin özündə isə bir yaşayış binasının divarı uçub: "Hələ araşdırmalar gedir. Bununla belə, dünən dövlət başçısının göstərişi, Nazirlər Kabinetinin sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat ayrılıb. Yüksək ballıq zəlzələ olmasına baxmayaraq, şükür ki, insan tələfatı, xəsarət alanlar yoxdur”. (apa)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1151 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...