Azərbaycan Rusiya qazını saxlayıb Dağıstana satacaq

Azərbaycan Rusiya qazını saxlayıb Dağıstana satacaq


"Rusiyanın "Qazprom" şirkətinin Azərbaycana nəql edəcəyi illik 2 mlrd. kubmetr qaz SOCAR-ın anbarlarında saxlanacaq". "APA-Economics"in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

R. Abdullayevin sözlərinə görə, "Qazprom" şirkəti Azərbaycana gündəlik 10 mln. kubmetr qaz nəql edəcək. "Biz qaz anbarlarının imkanlarını genişləndirmişik. Pilot layihə kimi anbarların imkanlarını yoxlamamışıq. "Qazprom"a da lazımdır ki, biz gələn ildən Rusiyanın cənub regionuna, Dağıstana qaz verək. Ona görə də qərara aldıq ki, müvəqqəti svop rejiminə keçək. Onlar bu ildən bizə qaz ötürürlər. "Qazprom" gündə 10 milyon kubmetr, ildə 2 milyard kubmetr qaz nəql edəcək. Biz qaz anbarlarının maksimum gücünü yoxlayacağıq. 2017-ci ildən biz Dağıstanı qazla təmin edəcəyik”.

SOCAR prezidenti əlavə edib ki, Dağıstana qaz nəqlini nəzərdə tutan müqavilə 10-15 gün ərzində imzalanacaq. O, əlavə edib ki, anbarlara kifayət qədər qazın vurulması səmt qazını Azəri-Çıraq-Günəşli yatağında laylara vurmağa və neft hasilatını artırmağa imkan verəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
941 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...