"YAP məhz mənə görə o dairədən namizəd irəli sürməyib" - Zahid Oruc

"YAP məhz mənə görə o dairədən namizəd irəli sürməyib" -


Azərbaycanda keçiriləcək parlament seçkilərində yenidən bitərəf namizəd kimi iştiraka qərar verən Milli Məclisin üzvü Zahid Oruc Yeni Azərbaycan Partiyasına (YAP) təşəkkür edib.

Z. Oruc APA-ya açıqlamasında bildirib ki, YAP-ın namizədini vermədiyi 8 dairədən biri məhz onun namizəd olduğu 94 saylı Bərdə kənd seçki dairəsidir: "Hakim partiya məhz mənə dəstək olaraq bu dairədən namizəd irəli sürməyib".

Z. Oruc qeyd edib ki, seçkilərdə YAP ona hər zaman dəstək verir: “Bu bizim üçün çox böyük siyasi dəstək, mənim ulu öndər Heydər Əliyev kursuna sadiq olmağına hakim partiya tərəfindən verilən qiymətdir. Buna görə YAP-ın bütün üzvlərinə və rəhbərliyinə təşəkkür edirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
985 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...