Təfəkkür Universitetinin təsisçilərindən biri beynəlxalq axtarışa verilib

Təfəkkür Universitetinin təsisçilərindən biri beynəlxalq axtarışa verilib

Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev beynəlxalq axtarışa verilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.
Hazırda R. Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, R. Əliyev Təfəkkür Universitetinin təsisçilərindən biridir. O, universitetin Kiyev filialının rektoru olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...