Odessa məhkəməsi azərbaycanlılara atəş açan bolqarı həbs etdi

Odessa məhkəməsi azərbaycanlılara atəş açan bolqarı həbs etdi

Ukraynanın Odessa şəhərində 3 azərbaycanlıya atəş açan 21 yaşlı bolqar tələbə haqqında həbs-qətimkan tədbiri seçilib.

APA-nın yaydığı xəbərə görə, bu barədə Odessanın Kiyev Rayon Məhkəməsi qərar qəbul edib.

Xatırladaq ki, mayın 1-də şəhərdə keçirilən bayram tədbirində gənclər arasında mübahisə baş verib. Tərəflər münasibətləri aydınlaşdırmaq üçün axşam görüşmək qərarına gəliblər. Onlar yerli vaxtla axşam saat 23:00-da Odessa Ekoloji Universitetinin yataqxanasının qarşısında görüşüblər və atışma başlayıb. 3-cü kurs tələbəsi olan Bolqarıstan vətəndaşı 3 azərbaycanlıya odlu silahdan atəş açıb və onları yaralayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...