YAP Gənclər Birliyinin IV konfransı keçirilib

YAP Gənclər Birliyinin IV konfransı keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin IV konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda qonaq qismində dövlət və hökumət rəsmiləri, millət vəkilləri iştirak ediblər.

Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orcuov konfransın birinci Avropa Oyunları ərəfəsinə təsadüf etdiyini, Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə keçiriləcəyini deyib. Azərbaycanda gənclər siyasətinin prioritet olduğunu qeyd edən S. Orucov ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP-da gənclərin üstünlük təşkil etdiyini bildirib. Qeyd edib ki, bu il yanvarın 1-nə olan statistikaya görə, YAP sıralarında 250 mindən çox gənc var və bu da YAP üzvlərinin 40 faizini təşkil edir. Gənclərin 58 min nəfəri təhsil, 28 min nəfəri səhiyyə və digər sahələrdə çalışırlar.
YAP Gənclər Birliyi sədrinin müavini Samirə Quliyeva Azərbaycanın inkişafında maraqlı olmayan xarici qüvvələr olduğunu vurğulayıb: “Həmin qüvvələrə bildirmək istəyirik ki, biz haqq yolundan dönməyəcəyik”.


YAP Gənclər Birliyi sədrinin müavini Ramil Məmmədov prezident İlham Əliyevin gənclərin böyük dostu olduğunu vurğulayıb. R. Məmmədov YAP gənclərinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət!” kampaniyasında fəal iştirak etdiyini nəzərə çatdırıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, baş nazirin müavini Əli Əhmədov təbriklərini çatdırıblar. Daha sonra YAP Gənclər Birliyinin 63 nəfər Şura üzvü, 15 nəfər İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda Seymur Orucov yenidən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri seçilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1434 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...