Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü səsvermə hüququndan məhrum edilə bilər

Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü səsvermə hüququndan məhrum edilə bilər


Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan AŞPA-da səsvermə hüququndan məhrum edilə bilər.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə “Aykakan Jamanak” nəşri məlumat yayıb. Nəşr yazır ki, buna səbəb N. Zöhrabyanın Türkiyə nümayəndə heyətinin üzvü, milliyətcə erməni Marqar Yesayana təzyiq göstərməsidir. Qeyd edilir ki, Türkiyə nümayəndə heyəti N. Zöhrabyanın davranışı ilə əlaqədar AŞPA-ya etiraz məktubu ünvanlayıb. Məktubda N. Zöhrabyanın M. Yesayanı təhqir etdiyi vurğulanıb.


“Mənbələrimizin dediyinə görə, Pedro Aqramunt məsələni İntizam komissiyasına göndərəcək və AŞPA-nın apreldə keçiriləcək yaz sessiyasında Zöhrabyana qarşı sanksiyalar tətbiq edilə bilər. Hazırda onun səs hüququndan məhrum edilməsi müzakirə olunur”, - deyə məqalədə bildirir. Artıq N. Zöhrabyan da məsələyə münasibət bildirib: “AŞPA prezidenti Pedro Aqramuntun məqsədi məni qətiyyən maraqlandırmır. Səsvermə hüququmdan məhrum ediləcəyimdən də qətiyyən narahat deyiləm. Mən Marqar Yesayana münasibətdə düzgün davranış sərgiləmişəm”. Qeyd edək ki, AŞPA-nın qış sessiyasının gedişində M. Yesayan Robert Uolterin müəllifi olduğu “Dağlıq Qarabağ və ətraf ərazilərdə zorakılığın artması” qətnamənin lehinə səs verib. Bundan sonra N. Zöhrabyan ona yaxınlaşıb və mövqeyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...