"Ukrayna Avropanın ən kasıb ölkəsinə çevrilib" - Saakaşvili

"Ukrayna Avropanın ən kasıb ölkəsinə çevrilib" -

Ukrayna öz resursları hesabına bütün Avropa ölkələrini lazım olan məhsullarla təmin edə bilər.

Bu barədə Ukraynanın Odessa vilayətinin qubernatoruMixeil Saakaşvili bildirib.

Gürcüstanın sabiq prezidenti deyib ki, Ukrayna ərazisində böyük həcmdə təbii ehtiyyat, inkişaf etmiş sənaye və çox savadlı insanlar var.

Bununla yanaşı, M. Saakaşvili qeyd edib ki, hazırda Ukrayna Avropanın ən kasıb ölkəsinə çevrilib: "ÜDM göstəricisini nəzərə alsaq, Ukrayna artıq Moldovadan da kasıb ölkəyə çevrilib".

Yaranmış vəziyyətdən çıxış yoluna gəlincə, qubernator deyib ki, hökumət radikal addımlar atmalıdır: korrupsiya ilə mübarizə total şəkildə aparılmalı, ölkənin infrastrukturu isə inkişaf etdirilməlidir".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1192 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...