Obama iftar süfrəsi açdı
ABŞ prezidenti Barak Obama Ağ evdə ənənəvi iftar ziyafəti təşkil edib. ANS PRESS-in məlumatına görə, ziyafətdə konqresin müsəlman üzvləri, ABŞ müsəlman icmasının nümayəndələri, müsəlman ölkə səfirliklərinin diplomatik korpusu və s. iştirak ediblər. Ziyafətdə həmçinin hicablı olduğu üçün işdən çıxarılan Samanta Elaufun da iştirak etdiyi bildirilir.
İftar ziyafətində çıxış edən Obama Ramazan ayının müsəlmanlar üçün əhəmiyyətindən danışıb. Bu ayın fədakarlıq, səbr və intizam tələb etdiyini deyən ABŞ prezidenti, inancımız nə olursa-olsun, biz bir ailəyik – deyib.
“Bu ilin əvvəlində “Çapel Hill”də amerikalı 3 müsəlman qətlə yetirildiyi zaman bütün inanclara mənsub amerikalılar o insanların ətrafında toplaşdı. Bu gecə dualarımız “Mother Emanuel” kilsəsi ilə birlikdədir. Amerikalılar olaraq kim olduğu, nəyə oxşadığı, kimi sevdiyi, necə ibadət etdikləri səbəbindən heç kimin hədəf halına gəlməməsi üçün mübarizə aparırıq.
Bu cür nifrət yaradan fəaliyyətlərə qarşıyıq”. Obama həmçinin hicablı olduğu üçün işdən qovularaq məhkəməyə müraciət edən Samantanı da cəsarətinə görə təbrik edib: “Samanta hamı kimi müsavi şərtlərə sahib olmaq üçün hicab geyinmək hüququnu qorumağa qərar vermişdi. Ali məhkəməyə qədər getdi ki, mən onun yaşında ikən belə bir şey eləyə bilməzdim. Samanta qazandı. Səninlə fəxr edirik Samnanta”.
1381 dəfə oxundu