Viktor Yanukoviç: “Maydan iştirakçılarına atəş açılması üçün göstəriş verməmişəm”

Viktor Yanukoviç: “Maydan iştirakçılarına atəş açılması üçün göstəriş verməmişəm”

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Maydan iştirakçılarına atəş açılması üçün göstəriş vermədiyini bəyan edib.

APA-nın məlumatına görə, BBC-yə müsahibə verən V. Yanukoviç qan tökülməsinin qarşısının alınması üçün yetərincə səy göstərmədiyini etiraf etsə də, Maydan hadisələrində radikal etirazçıları və hazırkı hakimiyyəti günahlandırıb.Onun sözlərinə görə, siyasi rəqibləri hərbi çevriliş etməməli və radikal müxalifətçiləri öz tərəfinə çəkməməli idilər.“Mən xəbərdarlıq etmişdim ki, onlar Maydanla kifayətlənməyərək daha uzağa gedəcəklər və getdilər. Onlar ölkəni dağıtdılar, bütün dünyanı bu münaqişəyə cəlb etdilər. Güc tətbiqi və qan tökülməsinin əleyhinə olsam da, təhlükəsizlik qüvvələrinin əməkdaşları öz borcunu yerinə yetirirdilər. Onlar silahdan istifadə hüququna malik idilər”, - deyə o vurğulayıb.

Krımın itirilməsini faciə, Donbasdakı müharibəni isə reallığa çevrilən dəhşət adlandıran Yanukoviç hakimiyyətdə qalacağı təqdirdə bunların baş verməyəcəyini qeyd edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1227 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...