Türkiyə 40 ölkədə səfirlərini dəyişdi

Türkiyə 40 ölkədə səfirlərini dəyişdi


Türkiyə 40 ölkədə yeni səfirlərini təyin etdi. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) xəbərində deyilir. Bu ölkələr sırasında Belarus, Livan, Malta, Estoniya, Tacikistan, Vyetnam, Qazaxıstan və Əlcəzair var. Həmçinin bildirilir ki, dəyişdirilən səfirlərin bir neçəsi Türkiyə Xarici İşlər Nazirliyində müşavir təyin edilib. Xatırladaq ki, Türkiyə XİN-nin məlumatına əsasən, ölkənin xaricdə 228 diplomatik missiyası fəaliyyət göstərir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1067 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...