Ayaz Mütəllibov: “Rasim Musabəyov küçə xuliqanı səviyyəsinə enib”
“Siyasətlə məşğul olan adam siyasi mübahisələri küçə xuliqanlığı səviyyəsinə endirməməlidir”
Bunu deputat Rasim Musabəyovun jurnalist Eynulla Fətullayevi hədələməsini və onun ünvanına səviyyəsiz ifadələrlə təhqirlər yağdırmasını virtualaz.org saytına şərh edən sabiq prezident Ayaz Mütəllibov deyib.
A.Mütəllibov bildirib ki, o, bu cür cılız təhqirlər səviyyəsinə enməyi R.Musabəyova yaraşdırmır: “Bəli, əgər sən siyasətçisənsə, tənqidlərə dözümlü olmalısan, emosiyalarını cilovlamağı bacarmalısan. Prezidentliyim dövründə Musabəyov mənim administrasiyamda işləyirdi. Onunla şəxsən tanış deyildim, amma bilirdim ki, hansısa analitik məqalələr yazır, politologiya ilə məşğul olur. Ona görə də ona bir az da yetişməyi, müdrikləşməyi və danışığına fikir verməyi məsləhət görərdim”.
Yada salaq ki, deputat R.Musabəyov “Monitor” jurnalının baş redaktoru, öz evinin qarşısında güllələnərək qətlə yetirilən Elmar Hüseynov kimi jurnalist Eynulla Fətullayevə də divan tutmağa çağırışla çıxış edib.
1484 dəfə oxundu