"Eynulla Fətullayev tələbəm olub" - Rasim Musabəyov

"Eynulla Fətullayev tələbəm olub" -


Milli Məclisin deputatı Rasim Musabəyov jurnalist Eynulla Fətullayevla arasında yaşanan qalmaqala aydınlıq gətirib.
Deputat AzVision.az-a açıqlamasında haqqında kəskin tənqidi məqalə yazan E.Fətullayevin vaxtilə onun tələbəsi olduğunu bildirib.
“Eynulla Fətullayev vaxtilə mənim tələbəm olub. O indi nə böyük-kiçik, nə müəllim-şagird tanıyan bir insandır. Haqqımda çox iyrənc yazı yazıb. Onun mənim barəmdə belə kampaniya aparmasının səbəbini bilmirəm. Buna özü cavab verə bilər”. Deputat sosial şəbəkədə Eynulla Fətullayevi ölümlə hədələməsi haqda qarşı tərəfin iddiasında da münasibət bildirib. “Məsələnin necə qutarmasından asılı olmayaraq, bu məxluqa heyfim gəlmir. Həyatdan kimin nə vaxt köçəcəyi isə Allahın işidir. Mənim yaşım ondan çoxdur. Bəlkə əzraili onun başının üstündə görmədim. Ona görə də indidən öz münasibətimi bildirirəm”.

Qeyd edək ki, jurnalist, virtualaz.org və haqqin.az saytlarının rəhbəri Eynulla Fətullayev bir neçə gün öncə Rasim Musabəyov haqqında “Rasim Musabəyov: “Mən həmişə Əliyevə qarşı işləmişəm” sərlövhəli müəllif yazısı yazıb. Yazıda qeyd olunanlara cavab olaraq deputat sosial şəbəkədəki hesabında bunları yazıb : “Eynulla Fətullayev ölmək üçün yetişib. Əgər Elmar Hüseynovun ölümünə əksəriyyət kədərləndisə, Eynulla gəbərəndə bu alçağı tanıyan hər kəs deyəcək - itə it ölümü yaraşır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1122 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...