"German Sterliqovun mətbuat konfransına qatılacaq jurnalistlər “arzuolunmaz şəxslər” siyahısına salınacaq"

"German Sterliqovun mətbuat konfransına qatılacaq jurnalistlər “arzuolunmaz şəxslər” siyahısına salınacaq"


“Lyubov Kazarnovskaya və German Sterliqovun adları Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan "arzuolunmaz şəxslər" siyahısına daxil edilib.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev məlumat verib. deyib.

“Ziddiyyətli bioqrafiyası olan German Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə getməzdən əvvəl işğal olunmuş ərazilərin Ermənistanın bank sistemi ilə əlaqəli şəkildə çirkli pulların yuyulması və digər kriminal fəaliyyətlərin həyata keçirilməsi üçün münbit məkan olduğunu yəqin ki, bilməmiş deyildi. Etnik və dini əsasda təfriqəçi baxışları ilə fərqlənən Sterliqovun işğal altında olan tarixi Azərbaycan şəhəri Şuşada “insani dəyərlər”dən danışması heç bir mənəvi, etik və hüquqi çərçivəyə sığmır. “İnsani dəyərlər”dən danışan şəxs bu ərazilərdən azərbaycanlıların faşizm ideologiyasına xas qanlı etnik təmizləmə nəticəsində Ermənistan tərəfindən didərgin salındığını heç olmasa anlamalıdır”,- deyə H.Hacıyev qeyd edib.

G. Sterliqovun işğal olunmuş ərazilərdə mətbuat konfransı keçirmək barədə açıqlamasını XİN sözçüsü bu şəxsin və əlbir olduğu qondarma kriminal rejimin uğursuz “özünüreklam” cəhdi kimi qiymətləndirib: “KİV nümayəndələrinə bu təxribata uymamaq və işğal olunmuş ərazilərə qanunsuz səfərdən yayınmaq barədə xəbərdar edirik. KİV nümayəndələrinin qanunsuz şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərləri Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" qanununun və xarici KİV nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Qanunsuz səfər həyata keçirildiyi təqdirdə, bu kimi KİV nümayəndələri “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcəklər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
912 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...