Avropa Şurasının rəhbəri istintaqa çağırıldı

Avropa Şurasının rəhbəri istintaqa çağırıldı

Avropa Şurasının rəhbəri Donald Tusk Polşada yenidən prokurorluğa çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə “TVN24” informasiya yayıb. Donald Tuskun prokurorluğa çağırılması daha əvvəl şahid olaraq ifadə verdiyi araşdırma prosesi ilə bağlı olmayıb. Mənbənin məlumatına görə, Tuska avqustun 3-də prokurorluqda olması tapşırılıb. Onun hansı əsasla çağırılması barədə informasiya verilməyib.

Xatırladaq ki, Donald Tusk aprel ayının 19-da Rusiya və Polşa əks-kəşfiyyat idarələrinin əməldaşlığı işi ilə bağlı izahat alınması üçün ilk dəfə prokurorluğa çağırılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...