Həmsədrlərin Rusiyada görüşü başlayıb

Həmsədrlərin Rusiyada görüşü başlayıb


Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrienin (Fransa) Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşü başlayıb. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirə aparılır. Görüşün yekunlarına dair gün ərzində mətbuat üçün məlumat yayılacaq.

Qeyd edək ki, iyulun 20-21-də həmsədrlərin bölgəyə növbəti səfəri planlaşdırılıb. İyulun 20-də həmsədrlər Ermənistana, 21-də isə Azərbaycana səfər edəcəklər. Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...