Putin: "755 ABŞ diplomatı ölkədən qovulacaq"

Putin: "755 ABŞ diplomatı ölkədən qovulacaq"

Rusiya prezidenti Vladimir Putin ölkədəki ABŞ diplomatlarının 755 nəfər azaldılacağını bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, açıqlama ilə çıxış edən Rusiya prezidenti "Rusiyada mindən çox ABŞ diplomatı işləyir, onların sayı 755 nəfər azaldılacaq. ABŞ-la münasibətimizin düzələcəyinə ümidim var idi, lakin yaxın gələcəkdə belə bir şeyin baş tutmayacağına artıq əmin olduq. Bu qərardan sonra hər iki ölkədə eyni sayda, 455 nəfər diplomat fəaliyyət göstərəcək" deyib.

ABŞ-la ticarət əlaqələrində də bəzi tədbirlər barədə düşündüklərini qeyd edən Putin bildirib ki, bu ölkə ilə onsuz da iqtisadi əlaqələrin miqdarı çox azdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...