Müsavatın Suraxanı təşkilatında qalmaqal

Müsavatın Suraxanı təşkilatında qalmaqal


Müsavat Partiyasının Suraxanı rayon təşkilatının strukturlarına keçirilən seçkilərlə bağlı qalmaqal yaranıb.

Təşkilatın sabiq sədri Rövşən Dəmirlinin APA-ya verdiyi məlumata görə, avqustun 16-da keçirilən seçkilərdə cəmi 19 nəfər iştirak edib və seçkilərdə say komissiyasının üzvlərinin də namizəd olması Nizamnamə pozuntusudur: “Onlardan 3 nəfəri Şura üzvü, 3 nəfəri Nəzarət-Təftiş Komissiyasının üzvü, 1 nəfər də sədr seçilib. Müsavatın Nizamnaməsində yazılıb ki, səsvermə gizli olduğu üçün say komissiyası yaradılır. Ancaq həmin say komissiyasının üzvləri hansısa seçkili orqanlara namizəd olublar. Bu isə birbaşa Nizamnamə pozuntusudur”.

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə APA-ya açıqlamasında toplantıda iştirak etdiyini və orada heç bir Nizamnamə pozuntusuna yol verilmədiyini vurğulayıb: “Say komissiyasının üzvlərinin seçkili orqanlara namizəd olması barədə fikirlər yalandır. Sadəcə olaraq, ara qarışdırmaq üçün belə yalan məlumatlar yayırlar. Həmin seçkilər tam şəkildə Nizamnaməyə uyğun keçirilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1114 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...