İrəvan: Parlament baş nazir Paşinyanı siyasi terrorda ittiham edir

İrəvan: Parlament baş nazir Paşinyanı siyasi terrorda ittiham edir

“Ermənistan illi təhlükəsizlik xidməti və xüsusi istintaq xidmətinin rəhbərlərinin telefon danışığı Paşinyanın siyasi terror erasına başlaması deməkdir”.

Avropa.info xəbər verir ki, bu fikri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bəyan edib. Onun sözlərinə görə, erməni ictimaiyyəti baş nazir Nikol Paşinyandan milli təhlükəsizlik xidməti və xüsusi istintaq xidmətinin rəhbərlərinin telefon danışığı barədə konkret bir mövqe gözləyirdi:

“Lakin biz bunun şahidi olmadıq və bu da bizdə ciddi narahatçılıq doğurur. Bununla da Paşinyan siyasi terror erasının başladığını elan etdiyni açıqlayıb”.

O əlavə edib ki, telefon danışığının gizli dinlənilməsi yaxşı olmayan haldır :

“Əgər danışıqlar dinlənirsə, o zaman aidiyyatı orqanların rəhbərləri ehtiaytlı olmalıdır.Niyə onlar ehtiyatlı olmayıblar?”.

Bununla belə vitse-spiker əlavə edib ki, telefon danışığında baş nazir Nikol Paşinyanın göstərişi əsasında rəqiblərinin həbsi barədə söhbət gedir :

“Ona görə də bu telefon danışığı bir daha sübut etdi ki, Ermənistanda artıq cinayət təqibi siaysi sifarışlər əsasında həyata keçirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...