"Bütün dostlarım məndən üz döndərdi" keçmiş səfir

"Bütün dostlarım məndən üz döndərdi"


Hazırda Brüsseldə yaşayan keçmiş səfir Arif Məmmədov dostlarının ondan üz çevirməsi haqda yazıb.

O, facebook səhifəsində qeyd edib ki, Bakıdakı məlum bina yanğını ilə bağlı statusundan sonra on illərlə dostluq etdiyi adamlar ondan üz döndəriblər: «10, 20, 30 il mənim ən yaxın düşündüyüm, ən azı 50-100 dəfə duz-çörək kəsdiyim «dostlarım» məndən üzlərini döndərdilər».

Keçmiş səfir həmin adamlara maraqlı ismarış da yollayıb: “İnsan nədənsə gorxa bilər, tərəddüd edə bilər, amma millətimizə, xalqımıza, onun gələcəyinə gəldikdə, belə qorxaq mövqe göstərmək ayıbdır. Bu, bütün ziyalalarımıza da aiddir. Restoranlarda tostlar demək, kabab yeyərək və araq içərək Qarabağda bayrağımızın ucaldılmasından da danışmaq olar, amma xalqımıza inanaraq, onun yanında olaraq olar. Əks halda bu sözlər ən eybəcər, qorxaq düşmən sözlərinə çevrilir.

Sizlər sabah öz övladlarınızın üzünə necə baxa biləcəksiniz?”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1168 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...