“Səfir belə bəyanat verməyib” Azərbaycan səfirliyi

 “Səfir belə bəyanat verməyib”

“Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Yuta ştatının paytaxtı Solt Leyk Siti şəhərində yerləşən Yuta Universitetində konqresmen Kris Stüartın təşəbbüsü ilə baş tutmuş “ABŞ-ın dünyada rolu” adlı tədbirdə həqiqətən də iştirak edib. Lakin səfir öz əksini “The Salt Lake Tribune” qəzetindəki məqalədə tapan hay-küylü bəyanatla çıxış etməyib”.

Bunu virtualaz.org saytına açıqlamasında Azərbaycanın ABŞ-dakı səfirliyinin III katibi Natiq Baxışov bildirib.

N.Baxışovun sözlərinə görə, səfirin çıxışı təhrif olunub: “Təəssüf edirik ki, adıçəkilən qəzet səfir Elin Süleymanovun çıxışındakı bəzi sözləri kontekstdən çıxararaq özünə sərf edən şəkildə təqdim edib. Halbuki səfirin Qarabağ və enerji təhlükəsizliyi barədəki bəyanatlarının heç biri həmin məqalədə əksini tapmır. Bundan əlavə, səfir çıxış edəndə məqalənin müəllifi Li Devidson zalda deyildi. Ona görə də biz onun yazdıqlarının hamısını tamamilə təkzib edirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1153 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...