Müsavat Partiyasının namizədinin imzaları eyni şəxs tərəfindən çəkilib

Müsavat Partiyasının namizədinin imzaları eyni şəxs tərəfindən çəkilib


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-nə Milli Məclisə təyin edilmiş seçkilərdə Müsavat Partiyasından deputatlığa namizədliyini irəli sürmüş Salayev Mübarizin müaciətinə baxılıb.

Trend-in məlumatına görə, M.Salayev Dairə Seçki Komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib. İclasda bildirilib ki, Dairə Seçki Komissiyası M.Salayevin namizədliyini qeydə almamaqda onu əsas gətirib ki, onun namizədliyinin qeydə alınması üçün təqdim edilən 482 imzadan 35 imza etibarsız hesab olunub.

MSK-nın ekspert qrupu tərəfindən aparılan araşdırma zamanı Dairə Seçki Komissiyasının qərarı təsdiqini tapıb. Belə ki, M.Salayevin təqdim etdiyi imzaların 35-i həqiqətən də etibarsız hesab olunub. Həmçinin, M.Salayevin təqdim etdiyi imzalardan bir neçəsinin eyni şəxs tərəfindən qoyulması aşkar edilib. Yerdə qalan imzalar M.Salayevin namizədliyinin qeydə alınması üçün kifayət etmədiyi üçün onun namizədliyi qeydə alınmayıb və Dairə Seçki Komissiyasının qərarı qüvvədə saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1056 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...