Lukaşenkodan MDB-yə Qarabağ çağırışı - "problemi həll edin"

Lukaşenkodan MDB-yə Qarabağ çağırışı -

Belarus prezidenti Aleksandr Lukaşenko MDB-ni postsovet məkanında ciddi problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə başlamağa çağırıb. Trend-in "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bu çağırışı A.Lukaşenko Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilmiş iclasında edib.

Onun sözlərinə görə, MDB əsas problemləri həll edərsə, təşkilatın nüfuzu olacaq və ona tələbat artacaq. A.Lukaşenko həmin problemlər qismində Dağlıq Qarabağ, Dnestryanı və Ukraynadakı münaqişələri göstərib. A.Lukaşenko bildirib: "Biz hətta bu məsələlərdən utanaraq yayınırıq. Sanki vərdiş etmişik ki, amerikalılar, Avropa İttifaqı və kimsə gələrək bizə bu problemi hansı istiqamətdə həll etməyi göstərəcək və ya onu bizim yerimizə həll edəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1045 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...