Eynulla Fətullayev Azərbaycanın Moskvadakı səfirliyindədir

Eynulla Fətullayev Azərbaycanın Moskvadakı səfirliyindədir


Virtualaz.org və haqqin.az saytlarının rəhbəri Eynulla Fətullayevlə bağlı məsələyə Azərbaycanın Rusiyadakı səfirliyi də qarışıb.Bu barədə virtualaz.org-a E.Fətullayevin özü məlumat verib. Bildirib ki, hazırda səfirliyin ərazisindədir və günün ikinci yarısında Bakıya qayıdacaq.

* * *01:55

Rusiya Prezident Administrasiyasının əməkdaşları azərbaycanlı jurnalist, haqqin.az saytının baş redaktoru Eynulla Fətullayevdən Moskva aeroportunda saxlanılaraq gömrükçülər tərəfindən əsassız yoxlamalara məruz qalmasından dolayı üzr istəyiblər. Onlar bunu Moskvadakı erməni lobbisinin təxribatı ilə izah ediblər.

Bu barədə virtualaz.org saytına E.Fətullayev özü məlumat verib.

Jurnalist deyib ki, o isə Rusiya tərəfinin bu üzrxahlığını qəbul etməyib.

“Moskva bəyəm Ermənistanın paytaxtıdır?” - deyə E.Fətullayev Rusiya Prezident Administrasiyasının əməkdaşlarına sual edib.

E.Fətullayev onu da əlavə edib ki, gecəni Moskva aeroportunun gözləmə zalında, oturacaqların üstündə keçirəcək və oktyabrın 21-də səhər Bakıya qayıdacaq.

Moskva aeroportu Gömrük İdarəsinin əməkdaşları isə bu qanunsuz əməllərinə qəribə izah veriblər. Onların sözlərinə görə, E.Fətullayevin özü ilə Rusiyaya 190 qram narkotik gətirməyə çalışmasına dair məktub alıblarmış.

* * *00:23

Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev Moskva aeroportunda Rusiya Gömrük Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

E.Fətullayev Moskvaya Ümumdünya Olimpiyaçılar Assosiasiyasının və Rusiya Milli Olimpiya Komitəsinin dəvəti ilə gedib. Jurnalist ora Olimpiyaçıların I Ümumdünya Forumunu işıqlandırmağa getmişdi. Tədbir prezident Putinin iştirakı ilə oktyabrın 21-22-də keçiriləcək.

E.Fətullayev virtualaz.org saytına açıqlamasında bildirib ki, o, aeroportda təyyarədən enən kimi gözlənilmədən saxlanılıb. Aeroportun gömrük idarəsinin əməkdaşları jurnalisti səylə və hərtərəfli şəkildə yoxlamağa başlayıblar. Yoxlanış bir saatdan çox çəkib. E.Fətullayev kobud rəftara məruz qalıb. Onu hətta alt paltarına qədər yoxlayıblar. Jurnalistin əl baqajı və şəxsi kompüteri də əsassıq olaraq diqqətlə yoxlanıb.

Gömrük idarəsinin əməkdaşları bu yoxlamanı Azərbaycanın Gömrük İttifaqına daxil olmaması ilə izah ediblər.

Moskva aeroportunda faktiki olaraq ciddi özbaşınalıqla üzləşmiş E.Fətullayev Rusiya Prezidenti Administrasiyasına zəng vurub. Lakin bu idarədən heç bir reaksiya verilməyib.

E.Fətullayev etiraz əlaməti olaraq forumun işində iştirak etməkdən imtina etdiyini və ən yaxın reyslə Bakıya qayıtmaq niyyətində olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1070 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...