"Aslan İsmayılov 3-cü dəfə bu biabırçılığı yaşamaq istəmədi" Adil Əliyev
1 noyabr parlamet seçkilərində üçüncü dəfə qatılan və 20 saylı Nərimanov ikici seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev seçkilərdə rəqibi Aslan İsmayılovun namizədliyini geri götürməsi ilə bağlı yayımladığı müraciətə özünün facebook.com dakı səhifəsindən münasibət bildirib.
Adil Əliyevin yayımladığı açıqlamanı olduğu kimi təqdim edirik:
Əziz seçicilərim! Seçki təbliğatım uğurla davam edir. Yüzlərlə tərəfdarım açıq və qapalı toplantılarıma qatılır və məni dinləyirlər. Əvvəlki statuslarımda da qeyd etdiyim kimi qələbəmə zərrə qədər də şübhəm yoxdur. Bunu bizim dairədən millət vəkilliyinə namzidələrin bir qismi də anlayaraq, onlardan 3-ü artıq namizədliyini geri götürüb. Bunlardan sonuncusu Aslan İsmayılovdur. Bu şəxs namizədliyini geri götürdükdən sonra özündən "qəhrəman” obrazı yaratmaq məqsədilə dünən görüntülü müraciət yayıb və indiyə qədər keçirilən bütün seçkilərin saxtalaşdırıldığını iddia edib. Özünun də etiraf etdiyi kimi 1995-ci ildən bu yana bütün seçkiləri uduzması bir yana, başqalarının qələbəsinə kölgə salır. Niyə bu qədər əsəbi olduğu aydındır. 4 seçkidə iştirak edib və hər birində məğlub olub. Ancaq Aslan İsmayılov video görüntüsündə böyük bir sirrinin də üstünü açıb. Sən demə, qatıldığı seçkilərdə onun məqsədi millət vəkili seçilmək deyilmiş, "seçkilərin saxtalaşdırıldığını” seçicilərə göstərmək və televiziyada çıxış etmək imiş. Adamdan soruşmazlarmı, doğru-dürüst seçkidə nə zaman iştirak etdin ki, "saxtalaşdırmadan” danışırsan? Yəni bu şəxsin məqsədi seçkidə fəal iştirak, seçicilərlə canlı ünsiyyət qurub mübarizə etmək olmayıb. Seçkidə namizədliyini irəli sürməklə sadəcə özünü bu yolla cəmiyyətə bir az daha "tanıtdırmaq” olub. Seçki təbliğatı dövrünün yarısı arxada qaldı. Bu şəxs bir dəfə seciçillərlə görüş keçirmədi. Belə olan halda seçicilər niyə ona səs verməli idi ki? Bunu onun özü də yaxşı anlayır, yalnız etiraf etməyə gücü çatmır. Deyir ki, 2010-cu ilin seçki nəticələrindən şikayətinə Avropa Məhkəməsində baxılır və oradan cavab gözləyir. Cavabı çox gözləməli olacaq. Çünki elə öz yaxın ətrafının da etiraf etdiyi kimi 2005-ci ildə olduğu kimi 2010-cu il seçkisini də Adil Əliyev udub.
Müraciətində yenə televiziyadan danışır. Guya İctimai Televiziyada debata imkan verilsəydi seçicilərə nəsə "yeni fikir” çatdıracaqmış. Bir daha təkrar edirəm, İctimai Televiziyada debata qatılmaq istəyən şəxs bunu 2010-cu ildə edərdi. Mən həmin debata qatıldım, o isə həmin vaxt Amerikaya getməyə üstünlük verdi. Deməli, onun İctimai Televiziya ilə bağlı debat fikri də blefdən başqa bir şey deyil. Bu dəfə İctimai Televiziyada debatın olmayacağı seçki günündən bəlli idi. Bu hamıya məlum idisə, onun "mən seçkiyə İctimai Televiziyada çıxışa görə qatıldım” fikri başdan ayağa yalandır. Aslan İsmayılovun seçkidə namizədliyini geri götürməsinin bir səbəbi var: O budəfəki seçkidə də Adil Əliyevə böyük hesabla məğlub olacağını anladığından 3-cü dəfə bu biabırçılığı yaşamaq istəməyib! Vəssəlam!
1555 dəfə oxundu