Müsavatın "fatihə"mitinqi

Müsavatın "fatihə"mitinqi


Yəqin, razılaşarsınız ki, ən az qonağın dəvət olunduğu toya 200 iştirakçı qatılır. Müsavat Partiyası isə günlərdir apardığı təbliğat kampaniyasına rəğmən dünən Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda təşkil etdiyi sanksiyalaşdırılmış aksiyaya 100 adam çıxardı. Əslində, burda təəccüblü bir şey yoxdur. Bir halda ki, bu partiyanın rəhbərliyi Müsavatda “pensiyaya çıxardığı”, qanunsuz aksiyalara və hərəkətlərə sövq edib məhbəsin yolunu göstərdiyi aktiv tərəfdarlarını heç bir hüquqi əsas olmadan partiyadan qovur, aksiyaya 100 adamın çıxması hələ böyük nəticədir...

Tam səmimi deyəcəyəm. Fikirləşirdim ki, aksiyaya Müsavatın faktiki və rəsmi rəhbərləri İsa Qəmbər və Arif Hacılıdan, onların barmaqla sayılacaq müavinlərindən savayı heç kim çıxmayacaq. Nəzərə alanda ki, mitinqdə görünən 100 iştirakçının təxminən 50-si jurnalistlərdir, ehtimallarımın doğruya yaxınlaşdığını söyləmək olar. Bu günlərdə dostumun atasının yas mərasimində iştirak edirdim. O qədər adam var idi ki, “İynə atsan, yerə düşmürdü”. Təxminən bir saat çəkən hüzr məclisi mollanın fatihəsi ilə yekunlaşdı. Necə deyərlər, xətrini istəyənlər, qonaqlar gəlib yad etdilər, axırda fatihə oxundu və mərhumla vidalaşdılar.

O bir yana qalsın ki, həmin yas mərasimində iştirak edən kişilərin sayı Müsavatın mitinqinə kişil-qadınlı qatılan iştirakçıların sayından xeyli çox idi. Ancaq bu mərasimlə Müsavatın mitinqi arasında oxşar cəhətlər var idi. Hər iki tədbirin yekunu fatihə ilə yekunlaşdı və hər iki tədbirdə, birində bir insanı, digərində isə bir partiyanı dəfn etdilər. Bir fərqli cəhət də var idi: Dünyasını dəyişən ağsaqqal həyatdan urvatlı köçürdü, Müsavat isə urvatsız siyasi intiharı ilə barışırdı.

Yəqin ki, İsa Qəmbər və Arif Hacılının bir balaca siyasi mədəniyyətləri olsaydı, ya Müsavat Partiyası adlı “dükanı”nı bağlayar, ya da bu dəfə həmin “dükan”ı daha gənc və perspektivli kadrlara heç olmasa icarəyə verərdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...