“Biz hәr iki tәrәfdә hәqiqәtәn sülh istәyәn insanlarla tanış olduq” Ceyms Uorlik

 “Biz hәr iki tәrәfdә hәqiqәtәn sülh istәyәn insanlarla tanış olduq”


“Mәn bilirәm ki, siz Dağlıq Qarabağda ermәnilәrlә birlikdә yaşadığınız günlәri xatırlayırsınız”.

APA-nın xəbərinə görə, bu sözlәri ATӘT-in Minsk Qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik Dağlıq Qarabağın Azәrbaycanlı İcması İctimai Birliyində keçirilən görüşdә deyib. O bildirib ki, gәnc nәslin digәr tәrәfi tanımaq, onlar haqqında mәlumat әldә etmәk şansı olmayıb: “Bizim mәqsәdlәrimizdәn biri belә informasiyaları hәr iki tәrәfә tәqdim etmәkdir. Biz hәr iki tәrәfdә hәqiqәtәn sülh istәyәn yaxşı insanlarla tanış olduq. Onlar tәhlükәsiz şәkildә yaşamaq istәyirlәr. Azәrbaycanı düşmәn hesab etmәyәn ernәnilәrlә dә tanış olduq. Münaqişәnin sülh yolu ilә hәllini tapmaq bizim ümumi işimizdәn asılıdır. Bizim ümumi vәzifәlәrimizdәn biri tәrәflәrin yaxınlaşması, etimad tәdbirlәrinin güclәndirilmәsidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1025 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...