"Diktator Sarkisyan rejimi bu yaxınlarda yeni siyasi təxribata əl atıb"

"Diktator Sarkisyan rejimi bu yaxınlarda yeni siyasi təxribata əl atıb"


Azərbaycan prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryu (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Prezident İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyi təxribatlardan əl çəkmir: "Keçən ilin oktyabrında prezidentlərin Paris danışıqlarından iki həftə keçməmiş Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterləri Azərbaycanın mövqelərinə hücumlar edib. Azərbaycan tərəfi bir neçə gün buna cavab verməyib. Nəhayət, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri həyata keçirən Ermənistan silahlı qüvvələrinin hərbi helikopterləri açıq şəkildə mövqelərimizə atəş açmağa cəhd etdikləri zaman məhv edilib".


"Bu, dözülməz, hətta Ermənistanın rəsmi mövqeyinə belə zidd olan bəyanata da, əfsuslar olsun ki, vasitəçilər tərəfindən heç bir cavab verilməyib". Dövlət başçısı daha sonra qeyd edib ki, bu ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun ərazimizdə təxribat törətmək cəhdlərinin də qarşısı alınmış və işğalçılar xeyli sayda itki veriblər. Prezident İ. Əliyev bildirib ki, bütün bu təxribatlara görə Ermənistan prezidenti Serj Sarkisyan məsuliyyət daşıyır.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan hazırda regionda böyük təhlükə mənbəyinə çevrilib. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dinc əhaliyə mütəmadi olaraq atəş açır, hətta toy məclislərində iştirak edən insanlar belə atəşə tutulur və nəticədə mülki əhalimiz arasında itkilər olur: "Azərbaycan tərəfi bu cür təxribatlara cavab verdikdə isə bizi günahlandırırlar".

Prezident təəssüflə vurğulayıb ki, beynəlxalq ictimaiyyət, xüsusilə də vasitəçilər Ermənistan tərəfinin bu azğınlaşmış hərəkətlərinə adekvat reaksiya vermirlər. Azərbaycan prezidenti bildirib ki, bütün bunlar azmış kimi, bu yaxınlarda diktator Sarkisyan rejimi yeni siyasi təxribata əl atıb, Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edib: "Bu, dözülməz, hətta Ermənistanın rəsmi mövqeyinə belə zidd olan bəyanata da, əfsuslar olsun ki, vasitəçilər tərəfindən heç bir cavab verilməyib".

Dövlət başçısı vurğulayıb ki, bütün bunlar Azərbaycan tərəfində böyük təəssüf hissi doğurur və vasitəçilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyasına kölgə salır. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1077 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...