Cənub Qaz Dəhlizi üçün 7 mlrd. dollarlıq kredit cəlb olunacaq

Cənub Qaz Dəhlizi üçün 7 mlrd. dollarlıq kredit cəlb olunacaq


Azərbaycan beynəlxalq maliyyə qurumları ilə birgə Cənub Qaz Dəhlizinə maliyyə vəsaiti cəlb edilməsi üzərində işləyir.
“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın Sərmayələr idarəsinin rəhbərinin müavini Zaur Qəhrəmanov bildirib.


Onun sözlərinə görə, bu istiqamətdə Maliyyə Nazirliyi Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə qurumları əməkdaşlıq edir: "Səmərəli olsa, kredit cəlb olunacaq. Bununla bağlı danışıqlar gedir. Çalışacağıq ki, bu krediti aşağı faizlərlə götürək. Cənub Qaz Dəhlizinin ümumi dəyəri 45 milyard dollardır. Bunun təxminən 14 milyard dolları Azərbaycanın payına düşür ki, bunun 7 milyard dolları kreditlə cəlb olunacaq".

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" QSC-nin 51%-i İqtisadiyyat və Sənaye Nazirliyi, 49%-i isə SOCAR-a məxsusdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
963 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...